Bu gün Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz" "Sumqayıt"ın qonağı olub.
“İki sahil”in məlumatına görə, Tovuz klubu səfərdən 1 xalla dönsə, dördüncü yeri təmin edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda yeganə qolu 30-cu dəqiqədə "Turan Tovuz"un futbolçusu Emmanuel Hakman vurub.
Bu nəticə ilə xal ehtiyatını 52-yə yüksəldən Tovuz təmsilçiləri turnir cədvəlində dördüncü yeri təmin ediblər.
Misli Premyer Liqası,
35-ci tur
17 may (şənbə)
17:00. "Sumqayıt" 0-1 "Turan Tovuz"
Qol: Emmanuel Hakman, 30 (0-1)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped yarışlarına yekun vurulub
Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb