Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mayın 9-dan Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.
Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped yarışlarına yekun vurulub
Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb