Pakistanın nüfuzlu beyin mərkəzlərindən olan MUSLİM İnstitutunun təşkilatçılığı ilə mayın 14-də keçirilən fləş-mob aksiyasında Pakistana dəstək və həmrəy olan ölkələrə, o cümlədən Azərbaycana minnətdarlıq ifadə edilib.
“İki sahil” xəbər verir ki, minlərlə insan Pakistan Silahlı Qüvvələrinə ehtiram göstərmək və dost ölkələrə təşəkkür etmək üçün bir araya gəlib.
Dəstəyə görə Azərbaycana xüsusi təşəkkür olunub və iştirakçılar “Thank you Azerbaijan” (“Təşəkkürlər Azərbaycan”) fləş-mobu təşkil ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib