Azərbaycan Prezidenti İlham Əliyev paraqvaylı həmkarı Santyaqo Penyaya təbrik məktubu göndərib.
“İki sahil”in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə
Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
Səfir: Türkiyə-Azərbaycan münasibətləri Cənubi Qafqazda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır
Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
Vens sülh gündəliyinin irəli aparılmasında İlham Əliyevin liderliyini vurğulayıb
Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub - Prezident İlham Əliyev