13 may 2025 00:44
97

Qarabağımızda sürətli quruculuq işləri hər kəsi heyrətləndirir

Aparılan işlər bu yurdun sahibinin kim olduğunu göstərir

“Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır.”

 Bu sözləri Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Azad edilmiş bütün torpaqlarda geniş tikinti, quruculuq və bərpa işlərinin aparıldığını söyləyən dövətimizin başçısı bildirib: “İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər”.

Belə hissləri keçirən xarici qonaqların sayı-hesabı yoxdur. Onların əksəri jurnalistlər, diplomatlar, siyasi ekspertlər və müxtəlif vəzifələr tutan dövlət adamları,rəssamlar, şair və yazıçılardır. Xüsusilə, “Qafqazın Xirosiması” adı verilmiş Ağdamın xarabalıqlarını görənlər belə vandallığı yalnız insan cildinə girmiş vəhşilərin törətdiklərini düşünə bilərlər. Çünki vəhşiliyin bundan o yanası yoxdur. Artıq Qarabağa səfər edən xaricilər öz ölkələrinin mətbuatlarında  Azərbaycan həqiqətləri, Ermənistanın təcavüzkar siyasətini və vəhşiliklərini açıb göstərirlər. Özü də danılmaz faktlar və təkzibolunmaz dəlillərlə. Bütün bunlara əks reaksiya verə bilməyən ermənilər və onların “pərəstləri” susmaqdan başqa çarə tapmırlar. Axı, həqiqətə qarşı kim çıxa bilib ki?

Vurğulamaq lazımdır ki, haylar əsas ideologiya rəhbəri Rusiya imperiyasından uzaqlaşmağa cəhd edib özlərini xəyanətkar kimi tanıdandan sonra yollarını azıblar. Nə ağıllı siyasətçiləri, nə burunlarından uzağı görəcək siyasətçiləri, səriştəli dövlət adamları, nə də idarəetmə qabiliyyəti olan var. Vaxtilə beyinləri yuyulub zombiləşdirilmiş haylar türklərə nifrətdən, qonşuların ərazilərini işğal etməkdən başqa heç nə düşünə bilmirlər. Bu zəhərli fikirləri onların boş beyinlərinə I Pyotrdan sonrakı çarlar və əyanlar yeridiblər. Bunlara “dərs verərək” öyrədiblər ki, türkləri qırın, torpaqlarını əllərindən alın, toponimlərini dəyişdirin, bu yolda sizə hər cür kömək göstəriləcək. Göstərdilər də.

Ermənistan 1991-ci ildə silahlanıb Azərbaycan ərazilərini işğal edəndə dünyada görünməmiş vəhşiliklər törətdilər. Şəhər və kəndlərimizi darmadağın edib xarabazara çevirdilər, ayaqları dəyən yerlərdə azərbaycanlıları uşaqdan böyüyə qədər  işgəncələrlə öldürüb meyidlərini belə təhqir etdilər. Heç bir kəsə aman verilmədi. Məscidlər, müqəddəs ziyarətgahlar, qəbristanlıqlar yerlə yeksan olundu, tarixi abidələr yox edildi. Çünki çar Rusiyasındakı “ideoloji müəllimləri” belə öyrətmişdilər:  Türkləri elə dəhşətli işgəncələrə öldürün ki, o yerlərə bir də qayıtmağa cəsarət etməsinlər.

Ermənistanın ağılsız  başçıları 1905-1907-illərdə, 1918-1920 ci illərdə, ondan sonrakı dövrlərdə və Birinci Qarabağ müharibəsində də məhz bu “vəsiyyətə” əməl etdilər. Həmişə “Qarabağ bizimdir” deyən zatıqırıq haylar 1991-1994-cü illərdə də qədim türk yurdunda daşı daş üstündə qoymadılar. Cəmillidə, Meşəlidə, Kərkicahanda, Qaradağlıda, Ağdabanda, Başlıbeldə və digər yerlərdə qanlı qırğınlar törətdilər. Vandallar Qarabağdakı mədəniyyət evlərini məktəbləri, xəstəxanaları, uşaq bağçalarını və s. dağıdıb yerlə yeksan etdilər.

Lakin onlar yanılmışdılar. Azərbaycan rəhbərliyi və xalqı işğal altında inləyən yurdunu bir an da olsa unutmadı, əksinə, hərbi-qtisadi güc yığaraq quldur dəstələrini qovub çıxarmağa hazırlıq gördülər. Ulu Öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyev ölkələrə səfərlərində və Bakıdakı qəbullarında Azərbaycan həqiqətlərindən ətraflı məlumatlar verdilər. Bunlar isə ölkəmizin haqq işinə böyük töhfə oldu.

Mübaliğə olmaz, desək ki, İkinci Qarabağ müharibəsində olan birlik Azərbaycanda beş yüz il ərzində olmamışdı. Əli silah tutan hamı könüllü olaraq döyüşə getməyə can atırdı. Məhz belə sarsılmaz birliklə Ermənistanın işğalçı ordusu cəmi 44 gün ərzində darmadağın edildi. Bu, iki yüz ildə Azərbaycanın erməni təcavüzkarları üzərində ilk möhtəşəm hərbi qələbəsi oldu.

Beş ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərə səfər edənlər şəhər və kəndlərimizin xarabalıqlarını görəndə bax belə təəccüb və heyrət hissləri keçirirlər. Hamısını da dərhal bir  sual düşündürür: Bəs ermənilər niyə haray salıb deyirlər ki, Qarabağ onların tarixi ərazisidir? Bəyəm normal insan özünün saydığı ərazidəki flora və faunanı, yaşayış məntəqələrini, tarixi abidələri, infrastrukturu belə vəhşiliklə məhv edər? Əlbəttə, etməz. İnsan zəhmətlə tikdiyi evi tankla, topla necə dağıdar?

Elə burada Qarabağ həqiqətləri özünü  açıq göstərir. Göstərir ki, Qarabağ yenə əsl sahibinə qovuşub. Aparılan tikinti, yenidənqurma və bərpa işləri doğma torpağa məhəbbətin təzahürüdür. Eyni əraziyə iki fərqli münasibət özlüyündə bütün reallıqları ortaya qoyur. Yeni Ağdamın xarabalıqlar üzərindən ucalması da həqiqəti görmək istəməyənlərin gözlərinin içinə girir. Faktlardan biri də erməni vandallarına əmr verənlərin Bakıda keçirilən məhkəmədə mühakimə olunmalarıdır. Ancaq onlar hamısı deyil, qaçıb gizlənənlər, beynəlxalq axtarışda olanlar da var. Xəstə cəmiyyətin başlarını gizlədən digər  xəstə başçıları isə vicdan mühakiməsindən heç bir yerə qaça bilməzlər. Geci-tezi onlar da tutulub haqq etdikləri cəzalarına çatdırılacaqlar.  Bizim üçün ən böyük təsəllidir ki, alacağımız qisas qiyamətə qalmadı. Hayların isə həyasız sifətləri hər iki cahanda qaradır.

Vəli İlyasov, “İki sahil”