13 may 2025 00:58
88

Neft sahəsində uğurlu qarşılıqlı fəaliyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın “Vietnam News Agency” informasiya agentliyinə verdiyi müsahibəsində ölkələr arasında neft sahəsində əməkdaşlığın inkişafından da bəhs olunub. O, qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında enerji sektorunda, xüsusilə neft sənayesində əməkdaşlıq üçün böyük potensial mövcuddur və bu sahədə qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. İki ölkə arasında enerji layihələrində təcrübə mübadiləsi və investisiya imkanları da diqqət mərkəzindədir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Vyetnam neft sənayesində uzunmüddətli və güclü əməkdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlığın əsası hələ Sovet dövründə qoyulub və Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayəsinin inkişfında mühüm rol oynayıblar. Məsələn, 1981 – ci ildə Sovet İttifaqının dəstəyi ilə yaradılan Vietsovpetro birgə müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

2019 – cu ildə isə Vyetnamın dövlətə məxsus Binh Son Neft Emalı və Neft – Kimya Şirkəsti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında neft sektorunda əməkdaşlıq haqqında saziş imzalanıb.

İqtisadi  və Ticarət Əlaqələri

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticarət əlaqələrinin inkişafına bğyük əhəmiyyət verir. 2024 – cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib və bu göstəricinin artırılması üçün potünsial mövcuddur.

Mədəni və Humanitar Əlaqələr

İki ölkə arasında mədəni və humanitar əlaqələr də inkişaf edir. 1955 – ci ildə azərbaycanlı bəstəkar Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk Sovet – Vyetnamsənədli filmi üçün “Vyetnam Süitası” əsərini bəstələyib. 1959 – 1962 – ci illərdə isə rejissor Əjdər İbrahimov Vyetnam Film Məktəbinin yaradılmasında fəal iştirak edib və bu sahədəki xidmətlərinə görə Vyetnamın Əməkdar Ordeni ilə təltif olunub.

Strateji Tərəfdaşlıq

May ayında 2025 – ci ildə Vyetnam Kommunist Partiyasının Baş Katibi To Lamın Azərbaycan dövlət səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalanıb. Bu, ikitərəfli mensdibətlərin yeni mərhələyə keçdiyini və əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Aygün Əliyeva,
YAP Xətai rayon təşkilatının General Şıxslinksi 56/2 ünvanı ərazi partiya təşkilatının üzvü