10 may 2025 17:30
118

Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 10-u saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 9 sm, Kür çayının aşağı axınında Kür-Surrada 2 sm, Kür-Salyanda 70 sm, Kür-Şirvanda 44 sm, Kür-Bankədə isə 10 sm artım qeydə alınıb.