09 may 2025 12:53
129

Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən minifutbol turniri başa çatıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən minifutbol turnirinin bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər xüsusi vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli milli ordu quruculuğu istiqamətində davamlı islahatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qalib komandalara kubok və medallar təqdim olunub.