11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib,qaldırılan məsələlrin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, diğərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.
Görüşdə Binəqədi rayon icra hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev iştirak edib.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO