05 may 2025 22:15
97

Bakıda orta aylıq əməkhaqqı 5,9 faiz artıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-mart aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  12,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,7  faizi emal, 3,1  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət  sektorunun  payı 82,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,1 faiz təşkil  etmişdir.                                                 

 İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 aprel 2025-ci il vəziyyətinə 499,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,3 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,6 faizini əsaslı təmir, 4,0 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 91,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi  2024-cü ilin yanvar-mart ayları ilə müqayisə 4,6 faiz artaraq 8483,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 4782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 faiz artaraq 3701,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 37,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai  iaşə

2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,2 faiz artaraq 399,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,7 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,0 faiz artaraq 2134,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1778,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,3 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 1303,2 manat təşkil etmişdir.     

Bakı şəhər Statistika İdarəsi