05 may 2025 12:10
108

Növbəti torpaq hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 4-də növbəti dəfə torpaq hərracı keçirəcək.

“İki sahil” bu barədə quruma istinadla xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Yevlax, Ucar, İmişli və Ağcabədi ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 8 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.