01 may 2025 12:30
345

Mərkəzi Bankın valyuta ehtiyatları apreldə bu qədər artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son 1 ildə isə 5,1 % azalıb.