Mayın 21-24-ü aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
ACF-nin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib