Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənə bilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib