Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətə başlamasının 9 illiyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz 9 illik dövrdə monitoriq və qiymətləndirmə, iqtisadi təhlil, beynəlxalq əməkdaşlıq, innovativ layihələr, kommunikasiya və digər istiqamətlərdə uğurla fəaliyyət göstərib. Hazırda 20-dən artıq dövlət proqramı, fəaliyyət planı, strategiya və digər sənədlərin icrasının monitorinq və qiymətləndirilməsi həyata keçirilir. İİTKM komandası bütün dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq quraraq qısa müddətdə 100-dən artıq monitorinq və qiymətləndirmə hesabatının hazırlanmasına nail olub. Bu nəticə Mərkəzin yüksək peşəkarlığı və səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkcə Azərbaycanı deyil, Cənubi Qafqazı və Mərkəzi Asiyanı beynəlxalq beyin mərkəzləri platformalarında, o cümlədən T20 və T7 səviyyəsində uğurla təmsil edir.
Sonda İİTKM-in yaradılmasının 9 illiyi münasibətilə əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib