21 aprel 2025 12:13
155

“Azəriqaz” İB-nin 16 işçisi mükafatlandırıldı FOTO

Tərtər Regional qaz istismarı İdarəsində Birliyin baş direktoru Azər Məmmədovun iştirakı ilə əmək intizamında fərqlənən, məsuliyyətli və yüksək nəticələr göstərən əməkdaşların mükafatlandırılma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir zamanı müxtəlif sahələrdə fərqlənmiş 16 işçi rəhbərlik tərəfindən hədiyyə və Fəxri Fərmanla təltif olunub. Mükafatlandırılan işçilər arasında uzunmüddətli əmək stajına malik, innovativ təşəbbüslərlə çıxış edən və yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlar da yer alıb.

Tədbirdə çıxış edən A.Məmmədov bildirib ki, bu təşəbbüs gələcəkdə də davam etdiriləcək və iş fəaliyyətində fərqlənən hər bir işçinin əməyi diqqətdə saxlanılacaq. O, vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd əməkdaşların motivasiyasını artırmaq, kollektivdə sağlam rəqabət və inkişaf mühiti yaratmaqdır.

Tədbirin sonunda mükafat alan işçilərlə birlikdə xatirə şəkli də çəkdirilib.