Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, MEDİA-dan bildirilib ki, görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılmasına, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib.
Sonda Ə.İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.
Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən olunub.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib