Təklif edirəm ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın.
“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri barədə tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər.
“Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər.
Türk dövlətlərinin Beyin mərkəzlərinin birgə tədqiqat planları və hədəflərin uzlaşdırılması hazırkı qlobal təhlükələr və böhranlardan çıxışın, yeni dünya nizamının güclü qütbü rolunu üzərinə götürməyin başlıca təminatına çevrilə bilər”, - deyə millət vəkili qeyd edib.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib