Bu ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 18 yaş-1 nəfər, 18-25 yaşadək 68 nəfər, 26 - 29 yaşadək 175 nəfər, 30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olmuşdur.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 329 kq 497,152 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib