21 aprel 2025 08:14
88

Əliyeva Solmaz: Həmişə Qarabağda toy etməyi arzulamışıq

Həmişə Qarabağda, öz doğma yurdumuzda toy şənliyi keçirməyi arzulamışıq.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdam sakini Əliyeva Solmaz deyib.

Onun sözlərinə görə, doğma torpağına qayıtdığına və orada yaşayacağına görə sevincinin həddi-hüdudu yoxdur.

"Doğma yurdumuz Ağdam rayonunun Sarıcalı kəndinə qayıtdığım üçün çox xoşbəxtəm. Artıq bundan sonra toy şənliklərimizi öz torpağımızda edəcəyik. Allah şəhidlərimizin rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o bildirib.

Əlavə edək ki, bu gün Ağdam rayonunun Sarıcalı kəndinə 34 ailə, 141 nəfər yola salınıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.