Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “İki sahil”ə bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb