20 aprel 2025 11:46
77

Şəmkir musiqi məktəbi Qərb bölgəsinin fəxridir

Şəmkir musiqi məktəbi nailiyyətlərinə görə qabaqcıllar sırasındadır

Son onilliklər ərzində dünyada cərəyan edən lokal, regional və qlobal ictimai-siyasi və sosial-iqtisadi hadisələr elm və təhsilə, mədəniyyət və incəsənətə bilavasitə təsir göstərib. Bununla belə Azərbaycanda ölkə rəhbərliyinin məqsədyönlü daxili və xarici siyasəti sayəsində humanitar sahənin inkişafı, zamanın nəbzinə müvafiq və müasir standartların tələblərinə uyğun qurulub təşkil olunması üçün həm hüquqi, həm sosial, həm də maddi-texniki baza gücləndirilib, onların iqtisadi səmərəliyinin artırılması üçün fundamental layihələr həyata keçirilib, ardıcıl tədbirlər görülüb.

Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi yüksək diqqət və qayğı bədii təhsilin gələcək inkişafına mühüm şərait yaradıb. Xüsusilə gənc istedadların seçilməsində bölgə incəsənət məktəblərində böyük işlər görülür. Belə məktəblərdən biri də Şəmkir Uşaq İncəsənət Məktəbidir. Ölkə incəsənətinə çoxsaylı töhfələr verən olan Şəmkir musiqi məktəbi bölgədə nailiyyətlərinə görə qabaqcıllar sirasındadır. Məktəbin rəhbəri Samirə Rüstəmova təcrübəsi, bilik və bacarığı ilə məktəbdə bir çox müasir yeniliklərə imza atıb, tarixi ənənələri yenidən dirçəldib. Qısa vaxt ərzində məktəbdə çoxsaylı savadlı müəllim kollektivini bir araya gətirib. Bu gün bütün məktəb kollektivi birmənalı olaraq qeyd edirlər ki, Samirə müəllimənin rəhbərliyi ilə müsiqi məktəbi həqiqətən inkişaf dövrünü yaşayır.

Samirə Rüstəmova söhbət zamanı bildirdi ki, məktəbinin qazandığı unikal statusu incəsənət sahəsində daha böyük və nümunəvi işlərin görülməsi üçün qarşımızda yeni vəzifələr qoyur. Çünki peşəkarlıq mütləq və daimi inkişaf tələb edir. Məktəbin fəxri olan və geniş kütlədə tanınan gənc tarzən Mirnofəl Həsənov Şəmkir musiqi məktəbinin yetirməsidirH ələ uşaq yaşlarından babası, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş məzunu Rəşid müəllimdən sənətin sirlərini öyrənən Mirnofəl qüsursuz ifaları və bacarığı ilə seçilmişdir. Çoxsaylı unudulmaz konsert proqramları milli musiqi və muğam ifaları ilə geniş şöhrət qazanmışdır. Mirnofəlin əldə etdiyi hər bir uğurda şübhəsiz ki, ilk müəllimi, eyni zamanda, babası Kərim müəllimin böyük və gərgin əməyi var. Fitri istedada və potensiala sahib olan Mirnofəl daha böyük uğurlara imza atmaq məqsədi ilə ilə bu gün təhsilini Bakı şəhər, Bülbül adına məktəbdə davam etdirir. Cəmiyyətin musiqiyə, sənətə həvəs göstərən gənclərə ehtiyac var. Çünki gələcəkdə mədəniyyətin qayəsini və bədii auditoriyanı məhz bu insanlar təşkil edəcək. Bu böyük dəstənin isə yalnız bir qismi sonradan peşəkar fəaliyyət göstərəcək. Məhz bu seçilmiş istedadlar təhsillərini orta ixtisas, daha sonra ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində davam etdirərək, ölkənin mədəniyyət və incəsənət elitasının növbəti mütərəqqi nəslinin formalaşmasında iştirak edəcəklər. 

Babək Əliyev