Bakı, 19 aprel, AZƏRTAC Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılıb və 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilib.
Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulub.
Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.
Müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək