18 aprel 2025 12:57
136

Qarabağ Universitetinin tələbələri diplomatik korpus nümayəndələri üçün kompozisiya hazırlayıblar

Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri Xankəndidə səfərdə olan diplomatik korpus nümayəndələri üçün bədii kompozisiya hazırlayıblar.

“İki sahil” xəbər verir ki, onlar qonaqlar üçün Azərbaycanın xalq mahnılarını səsləndiriblər. 

Azərbaycanın milli musiqi aləti olan tar və pianoda təqdim olunan ifalar diplomatlar tərəfindən maraqla qarşılanıb.

İfalar zamanı tələbələri müəllimləri müşayiət edib.