18 aprel 2025 09:42
78

82 yaşlı kişini maşın vurub

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

“İki sahil” xəbər verir ki, 1992-ci il təvəllüdlü Bağırov Cəsur Cavid oğlunun idarə etdiyi avtomobil Buzovnada yolu keçən piyada 1943-cü il təvəllüdlü Babayev Vasib Murtuza oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.