17 aprel 2025 18:11
216

“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilir FOTO

Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş qanvermə aksiyası keçirilir.

“İki sahil” xəbər verir ki, "Arzulara qanad verək” adı altında keçirilən aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Aksiyada dövlət qurumlarının əməkdaşları, eləcə də sadə vətəndaşlar iştirak edirlər.

Səhər saatlarından başlayan aksiyada iştirak etmək istəyənlərin izdihamı müşahidə olunur.

Respublika Qan Bankının tibbi işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, bu gün saat 09:00-da başlayan aksiya 19:00-dək davam edəcək.