17 aprel 2025 17:51
186

DİM sürücülər üçün imtahan keçirib, 1268 iştirakçı uğur qazanıb

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1 470 namizəd qeydiyyatdan keçib. Onlardan  1 407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 18 və 21 aprel saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.