17 aprel 2025 14:48
172

"Harri Potter" serialında HANSI AKTYORLAR OYNAYACAQ?

HBO yayım xidməti "Harri Potter" serialında baş rolları canlandıracaq aktyorların adlarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Serialın çəkilişləri bu yay başlayacaq, premyeranın 2026-cı ildə gözlənilir.

Haqrid rolunu "Hot Fuzz" və "Shaun of the Dead" filmlərindəki rolları ilə tanınan britaniyalı komediya ustası Nik Frost canlandıracaq. Hoqvartsın direktoru Albus Dambldor rolunu Oskar qazanan “Clave”, “The Crown” və “3rd Rock from the Sun” filmlərində rol almış Con Litqo canlandıracaq.

Severus Snape rolunu Paapa Essiedu canlandıracaq. Minerva Makqonaqal rolunu Janet Maktir, Potterin and içmiş düşməni Quirinus Quirrell isə teatr aktyoru Luke Tallon canlandıracaq. Arqus Filçi komediya ustası Pol Uaythaus canlandıracaq.

Harri, Ron və Hermionanı kimin canlandıracağı hələ məlum deyil. Yayım şirkəti 30 min nəfəri əhatə edən kastinq keçirib.

Serialın kitabda yazılanlara mümkün qədər yaxın olacağı qeyd edilir.