İnsanlar haqqında fikir formalaşdırmaq üçün neçə dəqiqəyə ehtiyac var? Psixoloqlar deyir ki, bu cəmi... 7 saniyə!
Bəli, düz oxudunuz. Bir insanla ilk dəfə qarşılaşdığınız zaman, o sizi 7 saniyə ərzində təhlil edir və artıq haqqınızda fikir formalaşdırmağa başlayır. Üstəlik, bu təəssürat çox zaman dəyişmir. Elə buna görə də ilk görüşlərdə yaratdığımız obraz düşündüyümüzdən də vacibdir.
"Forbes-Body Language in Professional Life"ın bu məsələ ilə bağlı araşdırmasını təqdim edirik:
İlk təəssürat necə yaranır?
Amerikalı psixoloq Albert Mehrabianın məşhur araşdırmasına görə, ilk təəssüratın:
55%-i bədən dili, 38%-i səs tonu və yalnız 7%-i istifadə olunan sözlər əsasında formalaşır.
Yəni nə dediyimizdən daha çox necə göründüyümüz və necə davrandığımız insanlarda daha çox yadda qalır.
Göz təması, duruş, gülümsəmə...
İnsanlar ilk görüşdə diqqətini nəyə yönəldir? Ən çox qiymətləndirilən faktorlar bunlardır:
Göz kontaktı: Özünəgüvən və səmimilik siqnalı verir.
Dik duruş: Qarşı tərəfdə güvən hissi oyadır.
Gülümsəmə: Müsbət enerji yayır və yaxınlıq hissi yaradır.
Əl sıxma tərzi: Qətiyyət və münasibət haqda ipucu verir.
Bəs nələr mənfi təsir bağışlayır? Əllərin sinədə birləşdirilməsi, baxışdan qaçmaq, narahat hərəkətlər (məsələn, saçla oynamaq və ya tez-tez duruş dəyişmək) qarşı tərəfdə soyuqluq və inamsızlıq yarada bilər.
İlkin təəssüratı dəyişmək olarmı?
Olar, amma çətindir. Çünki insan beyninin “təhlükə və tanışlıq” prinsipi ilə işləməsi səbəbindən ilkin təəssüratı dəyişməkdə müqavimət göstərir. Yəni ilk təsəvvür mənfi olarsa, onu dəyişmək üçün xeyli ardıcıl və fərqli davranışlar sərgiləmək lazım gələcək.
Daha yaxşı təsir üçün nə etməli?
Gülümsəməkdən çəkinmə - səmimiyyət bədən dilinin gücüdür.
Açıq duruş sərgilə - qapalı bədən dili (əlləri bədəndən ayırmaq, sinədə bağlamamaq) müsbət siqnaldır.
Özünü müşahidə et - aynada və ya video ilə öz duruşunu, səsini və jestlərini izləmək effektiv üsuldur.
Mələk Şixməmmədova,
BSU-nun tələbəsi