Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı güləşin inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və perspektivlər barədə danışılıb.
İdmançıları və məşqçiləri təbrik edən Mikayıl Cabbarov nailiyyətlərin davamlı olmasını arzu edib.
Slovakiyada keçirilmiş güləş üzrə #Avropaçempionatı-nda uğur qazanmış güləşçilərimiz, onların məşqçiləri və #Güləş Federasiyasının (@wrestleaze) nümayəndələri ilə görüşmək xoş oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 16, 2025
Güləş idmanının inkişafı istiqamətində görülən işlər, əldə edilən yüksək nəticələr və… pic.twitter.com/hcQy8baO5x
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları