16 aprel 2025 17:44
144

Uşaqlar su basan ərazilərdən belə çıxarılır VİDEO

Ölkə ərazisində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə işləyir. 

“İki sahil” xəbər verir ki, polis əməkdaşları Xaçmaz və Qusarda da xidmət başındadır. Belə ki, adıçəkilən ərazilərdə polislər su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış vətəndaşların, xüsusilə uşaqların təxliyəsinə yardım ediblər. 

Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.