Quba-Xaçmaz avtomobil yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində, yol kənarında olan iri gövdəli, qurumuş ağac Gündüz Məcnunovun idarə etdiyi "Ford" markalı yük avtomobilinin və elektrik dirəyinin üzərinə aşıb.
Nəticədə, yük avtomobilinə və elektrik təsərrüfatına ziyan dəyib.
Sürücü bildirir ki, "Qurumuş ağaclar vaxtında kəsilib götürülsə, belə hadisələr də olmaz".
Hadisə yerinə Quba Elektrik Şəbəkəsinin əməkdaşları gəlib, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, bir neçə gündür ki, şimal bölgəsində güclü küləklə müşayiət olunan yağış yağır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları