16 aprel 2025 12:39
122

Paytaxt yollarında zərər görən svetoforlar müşahidə kameraları vasitəsilə izlənilir və bərpa edilməsi üçün işlər görülür

“Əməkdaşlarımız gücləndirilmiş iş rejimində yollardakı vəziyyəti nəzarətdə saxlayırlar”.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən(NİİM) məlumat verilib. Bildirilir ki, müşahidə edilən güclü külək və yağışlı hava şəraiti səbəbindən paytaxt yollarında zərər görən svetoforlar müşahidə kameraları vasitəsilə izlənilir və qısa müddət ərzində bərpa edilməsi üçün işlər görülür.