Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "İki sahil"ə bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
Bildirilib ki, Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
“Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir”, - məlumatda qeyd olunub.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları