Bakı Şin Zavodunun fasadındakı mozaika bərpa olunub.
“İki sahil” xəbər verir ki, genişmiqyaslı bərpa işləri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub.
Artıq Bakının bir neçə məkanında – Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zaqulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub.
Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları