Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, 23 mərkəzdə təşkil olunan monitorinqdə 4609 şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.
Bu, 2024-2025-ci tədris ilində IX siniflər üzrə keçirilən üçüncü buraxılış qiymətləndirmə monitorinqidir.
Monitorinqdə istifadə olunan test tapşırıqlarının cavabları yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.