12 aprel 2025 13:13
155

Maştağada kredit götürən şəxsin pulu oğurlanıb

Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib. 

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici  valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.