12 aprel 2025 12:54
155

İsmayıllıda ikimərtəbəli inzibati binada yanğın baş verib

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 1400 m² (hər mərtəbəsi 700 m²) olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində 1 otağın döşəməsi 1 m² sahədə, içərisində olan 1 ədəd kreslo və dolab yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.