"Meteoroloji dopler radarı"nın 10 aprel saat 14:00 olan məlumatına əsasən yaxın saatlarda da Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları) bəzi yerlərində arabir yağış yağmasının davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudyalçay və Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, atmosfer proseslərini izləməyə, erkən xəbərdarlıqların hazırlanmasına, eyni zamanda 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almağa imkan verəcək Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan "Meteoroloji dopler radarı" 2025 - ci ilin əvvəlində Quba rayonu İkinci Nügədi kəndində quraşdırılıb.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün