Azərbaycan bu gün çox az ölkələrdəndir ki, dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir.
“İki sahil” xəbər verir ki, bu fikirləri ARB24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, nə qədər dünyada müharibələr, qanlı toqquşmalar var, əlbəttə ki, iqtisadi geriləmələr olacaq.
"Ona görə də, xüsusilə bölgəmizdə - Cənubi Qafqazda daimi sülhün və sabitliyin olması çox vacib amillərdən biridir. Dövlətimiz bütün imkanları ilə buna çalışır. Azərbaycan bu gün çox az ölkələrdəndir ki, dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Ölkəmizdə tez-tez keçirilən qlobal miqyaslı forumların da əsas məqsədi və hədəfi bu istiqamətdə beynəlxalq aləmə çağırışlar etməkdir. Dünən Bakıda keçirilən “Yeni Dünya nizamına doğru” adlı qlobal forum da bu baxımdan unikal platforma idi. Xüsusilə bu forumlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, dərin məzmunlu çıxışı və dünyaya ötürdüyü mesajlar ölkəmizin əsl xoşməramlı niyyətini, praqmatik və düşünülmüş siyasətini ortaya qoyur",- deyə S.Kərimli əlavə edib.