Azərbaycan və Avstriya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin noyabrında Bakıda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn məsləhətləşmələr ikitərəfli gündəliyin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün mühüm əhəmiyyət kəsb edəcək.
N. Qurbanova qeyd edib ki, Azərbaycanla Avstriya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır, iki ölkə arasındakı siyasi dialoq isə müntəzəm xarakter daşıyır.
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya
Niderlandın xarici işlər nazirinə Cənubi Qafqazda baş verən proseslər barədə məlumat verilib