10 aprel 2025 09:06
161

Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq

Çox sevinirik ki, yurdumuza qayıdırıq.

“İki sahil” xəbər verir ki, bunları Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Xatirə Bağırova jurnalistlərlə söhbətində deyib.

“Neçə illər idi məcbui köçkün həyatı yaşayırdıq. Allah Prezidentimizin canını sağ etsin ki, bizim doğma yurdumuza qayıtmaq arzumuza qovuşdurdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Neçə illərdir yurdumuzun həsrətini çəkirdik. Sarıcalıya qayıtmaq istəyirdik. Qayıdan kimi kənddə dünyasını dəyişən doğmalarımızın məzarlarını ziyarət edəcəyik”, - o əlavə edib.

Qeyd edək ki, Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə daha 39 ailə (153 nəfər) yola düşüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalıya köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatacaq.