10 aprel 2025 08:43
166

Ağdamlı: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Son 30 ildə hərbi qulluqçularımız təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanı yerinə yetirdilər. Azərbaycanın əsgər və zabitləri bu müharibədə böyük şücaət, misilsiz fədakarlıq göstərdilər. Ali Baş Komandan, Prezident İlham Əliyev döyüş meydanında 44 gün müddətinə illərin qələbəsini öz xalqına qazandırdı".

“İki sahil” xəbər verir ki, bu sözləri Ağdama qayıdan keçmiş məcburi köçkün Hikmət Bağırov söyləyib.

Ailəsi ilə birlikdə Ağdama qayıtdığını vurğulayan keçmiş məcburi köçkün “ordumuzun qələbəsinə və doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur" - deyə bildirib.

O qeyd edib ki, artıq Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycanın bu ərazilərində abadlıq-quruculuq işləri geniş vüsət alıb: “İşğaldan azad edilmiş torpaqlarımız əsl sakinlərini qəbul edir. Bu ərazilərə yeni nəfəs, qurub-yaratmaq həvəsli gənclər, doğma torpaqlarını sevən insanların ətri gələcək. Ölkəmiz üçün yeni, uğurlu bir dövr başlayıb.

Bu gözəl günləri bizə yaşadan cənab prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”.