Doğma Ağdama, yurduma qayıtdığım üçün həyəcanlanıram.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdam sakini Teyyubə Bağırova deyib.
Onun sözlərinə görə, doğma yurddan kənarda yaşamaq çox çətindir. Bu günlərə şükürlər olsun.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun.
Biz onların sayəsində bu gün öz yurdumuza firavan yaşamaq üçün qayıdırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.