10 aprel 2025 08:11
152

Ölkədə suçiçəyi və qızılca xəstəliyinin sayında azalma müşahidə olunur - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə su çiçəyi və qızılca xəstəliyinin sayında azalma müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin mart ayından bașlayaraq respublika ərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır.

Qızılca xəstəliyinə qarșı müalicə-profilaktika müəssisələri tərəfindən planlı peyvənd ișləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.