Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 12,4 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlar aktivlərlə təmin edilərək özlərinə kiçik bizneslər qurublar.
Proqrama cəlb olunanların qalan hissəsi isə münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına göndərilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.