Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
“İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik. İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik”,- deyə o qeyd edib.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub