Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə Dövlət Universitetinin dəstəyi ilə 2025-ci ilin 8 aprel tarixində “Musiqidə milli ənənələrin təcəssümü” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
“İki sahil” xəbər verir ki, Gəncə Dövlət Universitetində baş tutacaq seminarın məqsədi milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmaqdır.
Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı planlaşdırılıb.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək