07 aprel 2025 10:42
173

Bürcünə bax və...

Sən güclü görünürsən, bəs qəlbin hansı hadislərdən sonra "sınır"?
Bəzən bir söz, bəzən bir baxış, bəzən isə sadəcə susqunluq – hamımızın içində toxunulanda inciyən bir nöqtə var. Və bəlkə də bu həssaslıq ulduzlardan gəlir... Bürcün bizə təkcə xarakterimizi deyil, ən kövrək tərəflərimizi də pıçıldayır.

1. Qoç (21 mart – 19 aprel):
Həssas nöqtəsi: Tənqidə qarşı dözümsüzdürlər. Öz uğurlarına çox önəm verdiklərindən, uğursuzluq və ya "məğlubiyyət" hissi onları dərindən sarsıda bilər.
2. Buğa (20 aprel – 20 may):
Həssas nöqtəsi: Təhlükəsizlik və sabitlik. Onların güvəndiyi şeylər dəyişəndə və ya itəndə emosional çöküş yaşaya bilərlər.
3. Əkizlər (21 may – 20 iyun):
Həssas nöqtəsi: Sözlər. Onlara deyilən sərt və ya düşünülməmiş sözlər dərindən təsir edə bilər, çünki zehni stimula və ünsiyyətə çox bağlıdırlar.
4. Xərçəng (21 iyun – 22 iyul):
Həssas nöqtəsi: Duyğusal əlaqələr. Sevdikləri tərəfindən rədd edilmək və ya dəyərsiz hiss etdirmək onları dərindən incidə bilər.
5. Şir (23 iyul – 22 avqust):
Həssas nöqtəsi: Qürurları. Etinasızlıq və ya tanınmamaq onları dərindən yaralaya bilər.
6. Qız (23 avqust – 22 sentyabr):
Həssas nöqtəsi: Tənqid və qeyri-mükəmməllik. Hər şeyin düzgün və mükəmməl olmasını istədikləri üçün özlərini və başqalarını çox mühakimə edirlər.
7. Tərəzi (23 sentyabr – 22 oktyabr):
Həssas nöqtəsi: Ədalətsizlik və konflikt. Münaqişələr və narahat mühit onları balansdan çıxara bilər.
8. Əqrəb (23 oktyabr – 21 noyabr):
Həssas nöqtəsi: Etibar. Xəyanət və ya sirrlərinin açılması onlar üçün emosional dağıntı yarada bilər.
9. Oxatan (22 noyabr – 21 dekabr):
Həssas nöqtəsi: Azadlıqlarının məhdudlaşdırılması. Onlar üçün emosional təzyiq və sərhədlər, boğucu hiss etdirir.
10. Oğlaq (22 dekabr – 19 yanvar):
Həssas nöqtəsi: Uğursuzluq qorxusu. İş həyatında və şəxsi həyatda uğur əldə etmədikdə, özlərini dəyərsiz hiss edə bilirlər.
11. Dolça (20 yanvar – 18 fevral):
Həssas nöqtəsi: Anlaşılmamaq. Onların ideyaları və düşüncələri başqaları tərəfindən qəbul olunmadıqda emosional uzaqlaşma yaşaya bilirlər.
12. Balıqlar (19 fevral – 20 mart):
Həssas nöqtəsi: Rədd edilmə və emosional ağrılar. Onlar başqalarının hisslərini dərindən hiss etdikləri üçün hər şeyə qarşı çox incə və kövrək yanaşırlar.

Mələk Şixməmmədova,
BSU-nun tələbəsi
Mənbə: "Anytime Astro"