Növbəti illər üçün "ASAN xidmət" mərkəzlərinin modernləşdirilməsi və süni intellektin tətbiqinə təşviq sahəsində addımlar atılacaq.
“İki sahil” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev "ASAN xidmət" publik data portalının təqdimatında deyib.
Onun sözlərinə görə, qarşıya qoyulan ən böyük hədəflərdən biri 2026-ci ilə qədər süni intellektin agentliyin fəaliyyətinə aid edilməsidir:
"Gündəlik iş müddətində qeydə alınan nöqsanların süni intellekt tərəfindən avtomatik aşkarlanması, çağrı mərkəzlərinin süni intellekt vasitəsilə qeydə alınması və cavablandırılması, vətəndaş axınına nəzarət 2026-cı ilə qədər qarşıya qoyulan hədəflərdir".
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib